Haqqımızda

České sklo nejvyšší kvality

Boyalı şüşənin Çex tarixində böyük və əvəzsiz yeri var. Çex şüşə rəssamlarının bu sahədə olan ustalığı və yüksək səviyyədə olan  incəsənət sənətkarlığı onları dünyada liderlər arasına yüksəldib.
Bizim şirkət şüşə üzərində ənənəvi və əsasən yüksək minalı boya dekor texnikası əsasında fəaliyyət göstərir.

Şirkət Çexiya Respublikasının ən məşhur şüşə imalı regionlarından birində, Novy Bor'da yerləşir. Hal-hazırda şirkət şüşə dekoru texnikasını daha da genişləndirir, bu sırada -  qumlama,  qravyura, kompüter üsulu ilə dekor  işləri də var.

Şirkət 1966-cı ildə təssis edilib və əvvəldən ən yüksək istehsal keyfiyyətinə diqqət yetirirdi. Az sonra şirkətimiz xarici bazarlara çıxdı  və xarici müştərilərə xidmət etməyə başladı. Hazırda məhsullarımızın 85% Rusiya, Ukrayna, Azərbaycan, Iran, Qazaxıstan, ABŞ, Indoneziya, Almaniya və bir çox Avropa ölkələrinin bazarlarına  ixrac edilir. Müştərilərimiz biz tərəfdən fərdi yanaşma və optimal əməkdaşlıq üçün zəruri yollar axtarışını çox yüksək qiymətləndirirlər. Inanırıq ki siz də bizim xidmətlərdən və əla keyfiyyətli məhsullardan məmnunluq duyacaqsınız.

Copyright © 2012 GlassPoint. All rights reserved. Developed by Ace IT s.r.o. | Powered by AceCMS | SEO & Internet Marketing

Partners | Sitemap | Contacts