texnologiyaları

České sklo nejvyšší kvality

Yüksək keyfiyyətli mine ilə dekor

Bu unikal texnologiya 19-cu və 20-ci əsrlərin kəsişməsində kəşf olunub. Şüşə dekoru və boyanması üçün saf qızıl və platindən istifadə olunur. Maye şüşə üzərinə duru halda fırça ilə tətbiq olunur və sonra xüsusi elektrik və ya qaz sobalarında qurudulur. Sobadan sonra aşınmadan qorumaq üçün qızıl və ya platindən olan əsas qatı üzərinə qızıl (platin) mat qatı çəkilir və sonra bir daha sobada bərkidilir.Adətən boyalama və sobada bərkidmə prosesi dörd dəfə təkrar olunur. Daha mürəkkəb dekorlarda bu proses bir neçə dəfə təkrar olunur.

Şüşə boyalarının tərkibi parçalanmış, az əriyən şüşələrdən ibarətdir. Rəssam lazım olan boyanı mükəmməl bağlayıcı ilə qarışdırmalı, sonra boyanı təmiz şüşənin üzərinə çəkməli və boya və şüşə növünə uygun olan 470-580 dərəcə temperaturda sobada bərkidməlidir.

>Çətin, əziyyətli dekorlar üçün daha çox təcrübə və əsasən geniş miqdarda incəsənət duyğusu, bədii bilik və bacarıqlar tələb olunur.

Şüşə üzərində oyma və cilalama

Şüşənin əl ilə cılalanması

Cilalama və oyma texnikası II-ci Rudolf vaxtından qiymətli daşlar üzərində oxşar işlərin aparılması zamanından götürülmüşdür. Qalın düvarlı şüşə üzərində, mis disklərdən istifadə edərək daha dərin və yüksək keyfiyyətli oymadan istifadə etmək olar. Çex şüşəsi süfrə qabları və suvenirlərin barok növündə istehsal olan əşyaların ideal nümunəsidir. Bu populyarlıq 17-ci əsrin sonundan məhsulların Avropa, dünya bazarında və hətta Venesiya şüşə bazarını sarsıdan bir təkana çevirildi. O vaxtlar ustaların sayı sürətlə artırdı. Bugün isə bu iş növü uzaq keçmiş və Çex tarixinin bir parçası kimi görünə bilər. Lakin əksinə, yalnız texnologiyalar dəyişildi və keçmişdə istifadə edilən materialları yeni materiallar əvəz etdi. Ustalarımızın bacarığı və əsas olaraq onların yüksək keyfiyyətə malik olan işi keçmişdə olduğu kimi, bugün də dünyada yüksək qiymətləndirilir.

Mexanik üsul ilə şüşə üzərində qravyura

Mexanik qravyura texnologiyası şüşə dekoru sırasında nisbətən yeni bir üsuldur. Bu dekor kompüter nəzarəti altında həyata keçirilir və sonra məhsulun üzərinə müxtəlif rəssamlıq texnikaları ilə əlavələr edilə bilər. Bu dekor üsulu məhsulların daha böyük seriyası üçün nəzərdə tutulub və bu üsul əl oyması ilə müqayisədə daha aşağı qiymətə nail olmaq üçün uygundur.

Metal şüşə

Şüşə sobalarında əritmə üsulu ilə formalaşır. Şüşə ərimə üsulu ilə, şüşə sobalarında yüksək istilikdə əriyir. Ərimiş şüşə bərk, qeyri-şəffaf olur, bu temperaturun artırılması və aydınlaşdırma üçün istifadə edilən müxtəlif maddələrin əlavə edilməsi ilə aradan götürülür. Sonra maddənin qarışdırılması davam edir, şüşə nazik və daha şəffaf olur. Bu üsul şəffaflandırma adlanır. Şəffaflandırılmış şüşə çox duru olur. Bunun üzərində işi davam etmək üçün maddə soyudulmalıdır. Bu üsul „toplantı“ adlanır. Sonra şüşə əl və ya mexanik üsul ilə işlənilir. Əl ilə işləmə zamanı usta borucuğun ucunu şüşə maddəsinin içinə batırır və borucuq üzərinə bir az şüşə yığmaq üçün onu çevirir. Sonra borucuq üzərində olan şüşə maddəsini bir az soyudur və bir daha şüşə yığır. Bu işi bir neçə dəfə, borucuq üzərində zəruri olan şüşə maddəsi yığılana qədər təkrar edir. Bu şüşədən kiçik bir şüşə formalaşdırır və onu müntəzəm forma alana qədər çevirməkdə davam edir, sonra tutqaç ilə onu uzadır və uzunsov forma əldə etmək üçün titrəşdirir. Şüşəni (ağac və ya metal) forma içinə yerləşdirir və üfürür.

Büllur çilçıraq

Çex Respublikasında büllur çilçıraqların istehsalı uzun ənənəyə malikdir. 1724-ci ildə şüşə ustası Josef Palme çilçıraq istehsal etmek üçün icazə əldə edir, beləliklə Prachen adlanan kiçik bir kəndində çilçıraq istehsalı emalatxanası yaradılır. Ilkin Çex bülluru qurquşunsuz, təmiz, neytral işığlı olub. Büllur qurquşun oksidinin əlavəsi optik xüsusiyyətlərinin artırılması aşkar olanda kəşf edilib. Qurquşun şüşəni yumuşaldır və beləliklə oyma və cilalama üçün daha əlverişli imkanlar yaradır. Qurquşun işığın sınmasına səbəb olur və bununla da şüşədə göy qurşağı rənqlərindən ibarət olan kəskin şüalar yaranır. Qurquşun büllurunun tərkibində 24% oksid qurquşunu var.

Copyright © 2012 GlassPoint. All rights reserved. Developed by Ace IT s.r.o. | Powered by AceCMS | SEO & Internet Marketing

Partners | Sitemap | Contacts